KİV: Aİ-nin miqrasiya siyasətinə dəyişiklik təklifi üzv ölkələr arasında fikir ayrılığı yaradıb
KİV: Aİ-nin miqrasiya siyasətinə dəyişiklik təklifi üzv ölkələr arasında fikir ayrılığı yaradıb
07:54 18.10.2024
Dünya
273
Avropa İttifaqı miqrasiya siyasətinə dəyişiklik etməyə və qeyri-leqal miqrantların Avrozona ərazisindən deportasiyasına hazırlaşır.
APA-nın “Reuters“ə istinadən xəbərinə görə, Aİ bu məqsədlə viza və ticarət sahəsi də daxil olmaqla, bir sıra dəyişiklikləri nəzərdən keçririr. Bunda məqsəd qeyri-leqal miqrantların ölkələrinə deportasiya prosesini sürətləndirməkdir.
Aİ Polşanın miqrantlara sığınacaq verilməsinin dayandırılması təklifini də dəstəkləyib. Tərəflər, həmçinin qeyri-leqal miqrantların deportasiyasının sürətləndirilməsi üçün ixtisaslaşmış mərkəzlərin yaradılmasını da qərarlaşdırıb. Artıq İtaliyanın dəstəyi ilə belə mərkəzlərdən biri Albaniya ərazisində təsis olunub.
Müvafiq hesabatda qeyd olunur ki, ötən il ərzində müxtəlif ölkələrdən olan 484 min qeyri-leqal miqrantın Avropa İttifaqı ərazisindən çıxarılmasına qərar verilsə də, onların yalnız 20 faizi “qoca qitəni” tərk edib.
Avropa Komissiyasının Prezidenti Ursula von Der Leyen təklifə münasibət bildirərkən, onu Rusiya və Belarusun hibrid xarakterli hücumlarına cavab adlandırıb.
Bu arada, haqqında bəhs olunan qərarı dəstəkləməyənlər də var. Belə ki, Almaniya kansleri Olaf Şolts bildirib ki, Almaniya əhalisi sürətlə yaşlandığından bu qərar ölkədə işsizlik problemi ilə nəticələnənməklə yanaşı, pensiya sistemi üçün ağır yükün yaranmasına səbəb olacaq.
İspaniyanın Baş naziri Pedro Sançes də miqrantlara qarşı tələblərin sərtləşdirilməsini əsassız sayıb. Onun sözlərinə görə, qərar Avrozonada təbii artım faizinin aşağı düşməsinə səbəb olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol