Livan xarici işlər naziri İrana səfərdən imtina etdi

Livanın xarici işlər naziri Yusif Raci Tehrana səfər dəvətindən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə Livanın NNA dövlət xəbər agentliyi məlumat yayıb.

“Bu qərar dialoqdan imtina deyil. Əvəzində İranla qarşılıqlı razılaşdırılmış neytral üçüncü ölkədə danışıqlar apara bilərik”, - Raci bildirib.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Arakçı ikitərəfli əlaqələri müzakirə etmək üçün Racini İrana səfərə dəvət etmişdi.