Macarıstanda səsvermə yaşının 16-ya endirilməsi təklif olunur

Macarıstanın Baş naziri Peter Madyar ölkədə səsvermə yaşının 18-dən 16-ya endirilməsini dəstəklədiyini açıqlayıb.

Sherg.az xəbər verir ki, Madyar sosial şəbəkə hesabında etdiyi paylaşımda bu təşəbbüsün hökumətin davam edən konstitusiya islahatları çərçivəsində nəzərdən keçirildiyini bildirib.

Baş nazirin sözlərinə görə, 18 yaşdan aşağı gənclər kifayət qədər məlumatlı və hazırlıqlıdırlar, buna görə də yaş həddinin aşağı salınması müsbət addım ola bilər.

Qeyd edək ki, 2026-cı ilin aprel seçkilərindən sonra hakimiyyətə gələn yeni hökumət genişmiqyaslı konstitusiya dəyişiklikləri üzərində işləyir. Böyük Britaniya da növbəti ümumi seçkilərdə səsvermə yaşını 18-dən 16-ya endirəcəyini açıqlayıb.