İsrail İran tərəfindən yaxın zamanda raket hücumu hazırlanmasına dair hər hansı əlamət müşahidə etmir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Ynet” portalı İsrailin müdafiə mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, İsrail ordusu yüksək döyüş hazırlığı vəziyyətindədir, lakin hələ maksimum hazırlıq səviyyəsinə keçməyib. Bununla belə, İsrail tərəfi yaxın günlərdə regionda vəziyyətin sürətlə gərginləşə biləcəyini istisna etmir.
Portalın mənbəsi bildirib ki, iyulun 19-da İordaniyanın Əqəbə şəhərinə endirilən raket zərbəsi İranın münaqişəni genişləndirmək cəhdi kimi qiymətləndirilə bilər.
“Ynet” qeyd edir ki, Tehran və İsrail arasında qarşıdurmanın artması fonunda vəziyyətin yaxın günlərdə daha da gərginləşməsi mümkündür.