"Nüvə silahları ilə bağlı müzakirələr imkansızdır" - Kreml
"Nüvə silahları ilə bağlı müzakirələr imkansızdır" - Kreml
13:59 14.10.2024
Dünya
389
Kremlin sözcüsü Dmitri Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Bakupost.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin Rusiya, Çin və Şimali Koreya ilə nüvə silahlarının azaldılması ilə bağlı qeyd-şərtsiz danışıqlar aparmağa hazır olduğu barədə açıqlamasını dəyərləndirən Peskov, “Bu, ABŞ, İngiltərə və Fransa kimi nüvə güclərinin Rusiyaya qarşı aparılan savaşa birbaşa və ya dolayı yolla daxil olduqları dövrdə imkansızdır. Rusiya hesab edir ki, bu cür danışıqlar zəruridir və bu danışıqları dayandırmaq olmaz" - deyə, qeyd edib.
Peskov, bununla belə, ABŞ ilə kosmos sahəsində qarşılıqlı əlaqəni davam etdirdiklərini söylədi.
Rusiyanın gələcəkdə NATO ölkələrinə hücum edəcəyi ilə bağlı iddiaları dəyərləndirən Peskov Rusiyanın öz təhlükəsizliyini təmin etdiyini və bunun üçün lazımi potensiala malik olduğunu bildirib:
"Rusiya heç vaxt hərbi infrastrukturu ilə NATO-ya doğru irəliləməyib. Bunun əksi bir prosesdir. Biz NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsinin bütün mərhələlərini və hərbi infrastrukturunun gücləndirilməsi istiqamətində atdığı bütün addımları bilirik. Kimin kimə təhlükə yaratdığı hamıya məlumdur" .
Oktyabrın 20-də Moldovada keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasına Rusiyanın müdaxiləsi ilə bağlı ittihamlara gəlincə, Peskov "Biz bu məsələ ilə bağlı ittihamları qəti şəkildə rədd edirik. Başqa ölkələrin daxili işlərinə qarışmırıq" deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya