
Paşinyanın Rusiya səfəri: Bu, əlaqələrdəki buzları əritməyəcək -ANALİZ
11:53 07.10.2024
Dünya
505
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edib. Baş nazir Ermənistan-Rusiya əməkdaşlığının ardıcıl şəkildə gücləndirilməsinin vacibliyini qeyd edib. Ermənistan Baş naziri qarşılıqlı faydalı tərəfdaşlığın birgə fəallaşmasını gözlədiyini də vurğulayıb. O, qarşılıqlı anlaşma, etimad və ölkələrin maraqlarına əsaslanan ikitərəfli dialoqun inkişaf etdirilməsinin vacibliyini bildirib.
Eyni zamanda oktyabr;n 7-də Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yola düşüb. Bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, Paşinyan sabah Moskvada MDB dövlət başçılarının növbəti iclasında iştirak edəcək.
Siyasi şərhçi Elmir Səftərov “Sherg.az”a söyləyib ki, Nikol Paşinyanın ad günü münasibətilə Vladimir Putini təbrik etməsi Rusiya-Ermənistan əlaqələrinin istiləşməsi anlamına gəlmir:

“Bu il V.Putin prezident seçiləndən sonra da Ermənistan baş naziri onu təbrik etmişdi. Lakin bu, əlaqələrdəki buzları əritməyəcək. Rusiya-Ermənistan münasibətlərindəki soyuqluq isə 2020-ci ilin İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra daha aydın şəkildə görünməyə başladı. Azərbaycanla-Ermənistan arasında 2021-2023-cü illərdə baş verən növbəti qarşıdurmalarda da İrəvan Rusiyanı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərini iddiham etməyə başladı. Bu fikir ayrılıqlar isə hətta Ermənistanın KTMT təlimlərindən uzaqlaşmasına və onun rəqibi ABŞ-la birgə öz ərazisində 2 ildir təlimlər keçirməsi ilə nəticələndi. Bundan əlavə, Ermənistanda Avropa İttifaqının missiyasi yerləşdi, ordusuna isə amerikalı müşavir təyin edildi. Qərb ölkələrini təmsil edən fondlardan bu ölkəyə müxtəlif adlarla maliyyə yardımı edildi, silah satışı həyata keçirildi. Lakin istənilən halda Ermənistanda Rusiyanın hərbi bazası yerləşir və onun Türkiyə, İranla sərhədlərini rus sərhədçiləri qoruyur. Ermənistan Rusiyanın söz sahibi olduğu Avropa İqtisadi Birliyinin və KTMT-nin də üzvüdür. Həmçinin Rusiya-Ermənistan münasibətləri həm Ermənistanın xarici siyasəti, həm də Rusiyanın Cənubi Qafqazdakı regional strategiyası üçün əsas rol oynayır. Ermənistanın anti-Rusiya ritorikasına baxmayaraq, İrəvan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir. Ümumilikdə isə Ermənistanın hərbi cəhətdən Rusiyadan uzaqlaşdırılması prosesi başlansa da, iqtisadi-ticari baxımından bunu demək olmaz. Eyni zamanda, Rusiya ordusunun tamamilə bu ölkədən çıxarılması hazırkı məqamda mürəkkəb prosesdir və özündə təhlükəsizlik məsələlərini ehtiva edir”.
Ekspert qeyd edib ki, iki ölkə arasında münasibətlər durmadan inkişaf etsə də, ideal olmadığı göz önündədir:
“Rusiya Ermənistana investisiyaları artıb, eləcə də dünyada ən böyük erməni diasporu Rusiyadadır (təxminən 2 milyon nəfər). Anlaşılmaz əlaqələrə malik bu münasibətlər humanitar məsələlərdə daha çox gündəmə gəlir. Belə ki, bu ilin mayında güclü sel səbəbindən Ermənistanla Rusiya arasında Gürcüstan ərazisindən keçən dəmir yolu əlaqəsi kəsilmişdi. Daha sonra Rusiya dəstəyi ilə yol bərpa edildi. Bu gün Nikol Paşinyanın MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya getməsi də Ermənistanın Rusiyadan ciddi şəkildə asılılığının göstəricisdir. Digər tərəfdən Ermənistan hakimiyyəti Qərb siyasi məkanına inteqrasiyada maraqlı olsa da, Rusiyanın əsas ticarət-iqtisadi tərəfdaşdır və ölkənin enerji resurslarının əsas tədarükçüsüdür. Rusiya da bu günə qədər onun təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Bütün bu səbəblər onu deməyə əsas verir ki, Moskvanın Ermənistana qarşı siyasi və iqtisadi təzyiq rıçaqları hələ də qalacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət