
Politoloq: Paşinyan separatçı ünsürləri QHT-yə çevirmək istəyir
Yusif Nəzərli
03:15 03.10.2024
Dünya
426
Hakimiyyət nəhayət məsələni bağlamaq üçün Samvel Babayanı özünə tərəf çəkir
Ermənistanın “Hraparak” qəzeti yazıb ki, Baş nazir Nikol Paşinyan hökuməti “Qarabağ məsələsi”ni bağlamaq üçün hazırlıq görür. Nəşrin məlumatına görə, İrəvan nəhayət məsələni bağlamaq üçün keçmiş separatçı rejimin “təhlükəsizlik şurasının katibi” Samvel Babayanı yenidən prosesə cəlb edir. Bir neçə həftə əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan ləğv edilmiş qondarma qurumun İrəvandakı “təmsilçiliyinə” yenidən baxmağın zəruriliyini açıqlamışdı. Erməni nəşri bu açıqlamanı təsadüfi saymır və iddia edir ki, İrəvan binanı separatçıların əlindən almağa çalışır. Dünən Babayanın tərəfdarları ilə sözügedən binanın önündə etiraz aksiyası keçirib. Etirazçıların gündəmində “Qarabağ ermənilərinin sosial problemləri” olub. Onlar yeni strukturun (QHT) yaradılmasını, Babayanın da ora rəhbər təyin olunmasını təklif edirlər. “Hraparak” yazır ki, İrəvanın məqsədi ləğv edilmiş qondarma qurumun fəaliyyətinə birdəfəlik son qoymaq, onu heç bir iddiası olmayan QHT-yə çevirməkdir.
Politoloq Əli Oruclu "Sherg.az”a açıqlamasında deyib ki, Ermənistan tərəfi nə istədiyini heç özü də dəqiq müəyyənləşdirə bilməyib. Analitik vurğulayıb ki, İrəvanın məqsədi Azərbaycanla tələm-tələsik 14 bəndlik sülh sazişini imzalamaq, ciddi beynəlxalq dəstək və təminat almaqdır:

"Təsadüfi deyil ki, bu ölkənin Konstitusiya Məhkəməsi Azərbaycanın tələb etdiyi sülhə əngəl olan məsələlərin hüquqi qüvvəsi olmadığını bəyan etdi. Söhbət Ermənistan tərəfindən ilhaq edilmiş keçmiş "Dağlıq Qarabağ" Muxtar Vilayəti haqqında preambulada əks olunmuş bənddən gedir. Lakin bu, həll yolu sayılmaz. Konstitusiyaya dair düzəlişlər Ermənistan ana qanununa görə də referendumla həyata keçirilməlidir. Paşinyan iqtidarı isə referenduma getməyi ona görə istəmir ki, ictimaiyyətin indiki rəyi bunun əleyhinədir. Separatçıların fəaliyyəti və mövcudluğu Paşinyanın planlarının əleyhinədir və hakimiyyətinə qarşı müqavimətin tərkib hissəsidir. Baş nazirin ilk növbədə bu təhlükəni tam aradan qaldırmaq istəyi buradan qaynaqlanır".
Ə.Oruclu əlavə edib ki, separatçı ünsürlər xarici faktorların ciddi diktəsi altında olduğundan verilən təlimatlara uyğun işləyirlər:
"Ötən dəfə separatçıların İrəvandakı "nümayəndəliyinə" məxsus bəzi əmlakın, o cümlədən xidməti avtomobilin müsadirə edilməsi cəmiyyətdə hakimiyyətə təpkilər yaratdı. Etirazçı erməni yepiskop Baqrat Qalstanyan "nümayəndəliyə" yeni avtomobil bağışladı. Göründüyü kimi, Paşinyan etirazçı ünsürləri sıradan çıxarmaqla, əslində, öz hakimiyyətini qorumağı hədəfləyir. Amma istənilən halda İrəvanda "nümayəndəliyin" əl-qolunun tam bağlanmasının sülh prosesi üçün faydalı olacağı düşüncəsindəyəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm