Postsovet məkanında nüvə dövləti statusu Rusiyadan sonra Qazaxıstana aiddir -ŞƏRH
09:21 07.10.2024
Dünya
442
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev referendum nəticəsində qərarın xalq tərəfindən dəstəklənəcəyi təqdirdə atom elektrik stansiyasının (AES) tikintisi ilə kimin məşğul olacağı sualını şərh edərkən bildirib ki, hökumət ətraflı təhlil aparmalı və müvafiq danışıqlar təşkil etməlidir. O söyləyib ki, bu, asan məsələ deyil. Şəxsən mən hesab edirəm ki, Qazaxıstanda qabaqcıl texnologiyalara malik aparıcı dünya şirkətlərini özündə birləşdirən beynəlxalq konsorsium fəaliyyət göstərməlidir. Sonrakı prosesləri, necə deyərlər, həyat göstərəcək. Qeyd edək ki, oktyabrın 6-da Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı referendum keçirilir. Səsvermə hüququ olan Qazaxıstan vətəndaşlarının yarısından çoxu iştirak edərsə, referendum baş tutmuş sayılacaq.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a bildirib ki, Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı uzunmüddətdir müzakirələr gedir:
“Bununla bağlı müxtəlif müzakirələr əvvəllər də olub. Burada hər bir dövlətin öz maraqları mövcuddur. Amerika Birləşmiş ştatları atom elektrik stansiyasından Rusiya əleyhinə istifadə etmək niyyətindədir. Rusiya isə atom elektrik stansiyasını öz nəzarəti altına almaq istəyir. Bütün bunların hamısı Çinin hərbi siyasətini cilovlamaq üçün baş tutur. Ümumilikdə postsovet məkanında nüvə dövləti statusu Rusiyadan sonra Qazaxıstana aiddir və bu istiqamətdə hazırlıq gedir. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev çalışır ki, atom elektrik stansiyasına beynəlxalq konsorsium tərəfindən tikilsin və beynəlxalq hüquq əsasında fəaliyyət göstərsin. Qazaxıstanın niyyəti əslində nüvə dövləti olmaq deyil. Sadəcə olaraq biri-biriylə mübarizə aparan iki qütb arasından sıyrılaraq yüksək səviyyəli enerji əldə etməkdir. Ümumiyyətlə Qazaxıstanda son zamanlar sanaye müəssələrinin tikintisinə xüsusi diqqət ayrılır. Eyni zamanda Qazaxıstan alternativ enerji mənbələri axtarışındadır. Alternativ enerji mənbələrinin axtarışıyla bağlı da Azərbaycanla da müzakirələr aparılır. Həmçinin Qazaxıstan günəş enerjisindən maksimum şəkildə istifadə edən dövlətlərdən biridir. Qazaxıstanda enerji siyasəti yüksək əhəmiyyət kəsb etdiyinə görə Tokayev höküməti atom elektrik stansiyasının tikintisində maraqlıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
“Yaprak Dökümü”nün “Aslı”sı illər sonra
05:35 29.10.2026
Şou
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya