Tramp Lindsi Qremin bacısının senator təyin edilməsinə nail olub

ABŞ-nin Cənubi Karolina ştatının qubernatoru Henri Makmaster vəfat etmiş respublikaçı senator Lindsi Qremin bacısı Darlen Qrem Nordonu Senatda boş qalan yerə təyin edib.

Sherg.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu namizədliyi açıq şəkildə dəstəkləyərək, bunun Lindsi Qremin xatirəsinə ehtiramın gözəl nümunəsi olacağını bildirib. Qubernator isə bir neçə saat sonra Nordonu rəsmi mərasimdə ictimaiyyətə təqdim edib.

62 yaşlı Darlen Qrem Nordonun təyinatı qardaşının ölümündən iki gün keçməmiş elan olunub. O, indiyədək heç vaxt seçkili vəzifə tutmayıb. Nordon uzun illər Cənubi Karolinanın Peşə Reabilitasiyası Departamentində çalışıb, 2019-cu ildən isə ştatın Korlar üzrə Komissiyasının üzvüdür.

Darlen Qrem Nordon qardaşının Senatdakı səlahiyyət müddəti başa çatanadək bu vəzifəni icra edəcək.