Tramp qalib gəlsə…
Yusif Nəzərli
05:00 09.10.2024
Dünya
468
İlon Mask diqqətçəkən iddia səsləndirib
ABŞ-də prezident seçkiləri yaxınlaşdıqca İlon Mask tərəfindən diqqətçəkən bir iddia səslənib. “Sherg.az” “a.haber”ə istinadən bildirir ki, Elon Mask, Bill Qeyts kimi milyarderlərin Trampın qalib gələcəyi təqdirdə Amerikanın “qara qutusu” olan “Epstein işi” ilə bağlı siyahıların açıqlanacağından narahat olduqları üçün Kamalanı dəstəklədiklərini iddia edib. ABŞ prezident seçkilərinə sayılı günlər qaldığı bir vaxtda Elon Mask narahatlıqların bu siyahıların nəşri ilə bağlı olduğunu söyləyib. E.Mask bildirib ki, bəzi nüfuzlu şəxslər, o cümlədən Raid Hoffman və Bill Qeyts kimi milyarderlər Donald Trampın qarşıdan gələn seçkilərdə qalib gələcəyi təqdirdə mümkün nəticələrdən narahatdırlar. “Düşünürəm ki, Kamalanın bu qədər dəstəyə sahib olmasının bir səbəbi, Tramp qalib gələrsə, Epstein müştərilərinin siyahısının açıqlanacağıdır”, deyən E.Mask bildirib ki, ifşa olunmaq qorxusu Harrisin düşərgəsindəki tanınmış simalar arasında narahatlığa səbəb olub. Pedofil Cefri Epşteyn ilə dünya şöhrətli milyarder, “Microsoft”un həmtəsisçisi Bill Qeytsin münasibətləri uzun müddətdir sirr olaraq qalır. Qeytsin yeni tərcümeyi-halı seksual cinayətkar Epşteyn ilə əlaqələrini açıq şəkildə ortaya qoyur. Biznes yazıçısı Anupreeta Das bildirib ki, "texnologiya dahisi" Qeyts özündən çox gənc qadınlara cəlb olunurdu və buna görə də onun şirkəti öz təcrübəçilərinə Geytslə tək qalmağı qadağan edib. Qeytsin başlıca istəyinin öz vəqfinin poliomielit xəstəliyini aradan qaldırmaq üçün gördüyü işlərə görə Nobel Sülh Mükafatını qazanmaq olduğunu xatırladan Das, Epşteynin Qeytsin orbitinə daxil olmaq üçün bu xəyalından istifadə etdiyini söylədi. Qarşılıqlı faydalı xeyriyyəçilik ittifaqı 2011-ci ildə yaxın münasibətə çevrildi və bu müddət ərzində Qeyts uşaqları fahişəliyə satmaqda günahlandırılan və Floridada həbs cəzasına məhkum edilmiş Epşteynin evinə dəfələrlə baş çəkib. Qeyts Epşteynin ölümündən sonra "onunla görüşdüyünə görə çox təəssüfləndiyini" söyləyib. Qeytsin tərcümeyi-halını yazan Das deyir ki, Epşteyn o zaman dünyanın ən zəngin adamı olan Qeytsi “öz qaranlıq kainatının ən parlaq ulduzu” kimi görüb. Ən kiçiyi 14 yaşında olan 18 yaşından kiçik onlarla qıza qarşı cinsi zorakılıq etmək və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunan Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkun Manhetten həbsxanasındakı kamerasında ölü tapılıb. J.Epşteynin sevgilisi Gisleyn Makvel məhkəmədə Epşteynin yetkinlik yaşına çatmayan qızları bəzi zəngin, məşhur adamlar və dövlət məmurları üçün fahişəliyə cəlb etməsinin təşkilində qanunsuz fəaliyyətlərinə kömək etdiyi iddiası ilə mühakimə olunub. “Epşteyn siyahısı”nda isə Bill Klinton, B.Qeyts, İngiltərə şahzadəsi Andrey, Maykl Cekson, Ket Blanşet, Devid Kopperfild və daha neçə-neçə məşhurların adı keçir. Bir zamanlar Donald Trampın da bu siyahıda adının olduğu bildirilsə də, sonra bu iddia təsdiqini tapmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya