
Tramp seçkiləri qazansa, Ermənistanın vəziyyəti ağırlaşacaq -AÇIQLAMA
Tramp seçkiləri qazansa, Ermənistanın vəziyyəti ağırlaşacaq -AÇIQLAMA
07:34 15.10.2024
Dünya
542
Kamala Harris qalib gəlsə, onda ABŞ indiki kursa sadiq qalaraq Ermənistanla əməkdaşlığı daha da dərinləşdirə bilər
“ABŞ-də baş tutacaq prezident seçkilərində Donald Tramp qalib gələrsə, Vaşinqtonun Cənubi Qafqaz marağı azala bilər”. Bunu ABŞ-də keçirilən “Ermənistanın yeni balansı: “Rusiya, Qərb və Cənubi Qafqazın gələcəyi” adlı tədbirdə “APRI Ermənistan” Analitik Mərkəzinin strategiya və təhlükəsizlik məsələləri üzrə vitse-prezidenti Anahit Filipposyan deyib.
O, Trampın prezident seçiləcəyi halda Ermənistanla ABŞ arasında münasibətlərin azalacağına dair erməni ictimaiyyətində narahatlığın olduğunu bildirib. Flipposyan bunun doğru olmadığını, lakin Vaşinqtonun ümumilikdə regiona yanaşmasının dəyişə biləcəyini qeyd edib: “ABŞ-nin regional kontekstdə Ermənistana münasibətinin necə olacağı Trampın yanında kimlərin yer alacağına bağlıdır. Vaşinqtonun İrəvana marağının azalacağını düşünmürəm. Lakin ümumilikdə Cənubi Qafqaza yanaşma dəyişə bilər. Hazırda Ağ Ev Çinin regiona artan marağını müşahidə edir. Çünki Pekin Vaşinqton üçün rəqibdir”. Qeyd edək ki, noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçiriləcək. ABŞ-dəki erməni diasporunun nümayəndələri hesab edirlər ki, Donald Tramp seçkidə qalib gəlsə, Vaşinqtonun Ermənistana hazırkı dəstəyi dayanacaq.
Milli Cəbhə Partiyasının sədr müavi, politoloq Məhəmməd Əsədullazadə “Sherg.az"a açıqlamasında deyib ki, Donald Trampın ABŞ-nin növbəti prezidenti olub-olmayacağı dəqiq deyil:

"Hazırkı situasiyada Demokratlar Partiyasının namizədi Kamala Harrisin şansı daha böyük görünür. Formalaşmaqda olan yeni dünya düzənində də Tramp kimi narsist siyasətçinin yenidən prezident seçilməsinə Amerikanın dərin dövləti icazə verməyəcək. Bir sözlə, noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərinin nəticəsi dünya düzəninə əsaslı təsir edəcək. Əgər Donald Tramp qalib gələrsə, bu zaman ABŞ-nin xarici siyasətində bəzi dəyişikliklərin olmasını qaçılmaz edəcək. O, Amerikanın beynəlxalq konnekturadakı mövqeyini zəiflədəcək və daha çox iqtisadi məsələlərə diqqət ayıracaq. Donald Tramp ölkəsinin milli və təhlükəsizlik maraqlarına əhəmiyyət verən siyasətçidir”.
M.Əsədullazadənin sözlərinə görə, Donald Trampın prezident seçilməsi təkcə Ermənistana yox, Avropaya, NATO-ya olan diqqətin də azalmasına səbəb olacaq. Amerika üçün Cənubi Qafqaz siyasəti arxa plana keçəcək:
“ABŞ-dəki erməni diasporunun rəhbərlərinə qarşı Trampın münasibəti ziddiyyətli olduğu üçün noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Donald Tramp Vaşinqtonun Ermənistana dəstəyini birmənalı dayandıracaq. Əgər demokratların namizədi Kamala Harris qalib gəlsə, onda ABŞ indiki kursa sadiq qalaraq Ermənistanla əməkdaşlığı daha da dərinləşdirə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya