Türkiyənin dövlət televiziya və radio qurumu TRT-nin Azərbaycan nümayəndəliyində rəhbər dəyişikliyi baş verib.
Axar.az xəbər verir ki, Səfa Burak Bozyel TRT-nin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri təyin olunub.
O, bu təyinata qədər "TRT Haber"in koordinator müavini vəzifəsində çalışıb. Yeni təyinatla fəaliyyətini Bakı şəhərində davam etdirəcək.
Xatırladaq ki, TRT-nin Azərbaycan nümayəndəliyinə bundan əvvəl Murad Akkoç rəhbərlik edirdi.