Ukrayna, Rusiya və ABŞ Donbasın Moskvaya verilməsini müzakirə edəcək

“Ərazi məsələsi 23-24 yanvar tarixlərində Əbu-Dabidə (BƏƏ) Rusiya, ABŞ və Ukrayna arasında keçiriləcək üçtərəfli danışıqlarda əsas məsələ olacaq”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.

“Donbas əsas məsələdir. Bu, bu gün-sabah Əbu-Dabidə müzakirə olunacaq”, - o qeyd edib.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bundan əvvəl bəyan etmişdi ki, Moskvada ABŞ prezidentinin nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerlə Prezident Vladimir Putin arasında danışıqlardan sonra tərəflər Rusiya-ABŞ-Ukrayna təhlükəsizlik məsələləri üzrə üçtərəfli və Rusiya-ABŞ iqtisadi məsələlər üzrə ikitərəfli işçi qruplarının ilk iclasının cümə günü Əbu-Dabidə keçirilməsi barədə razılığa gəliblər.