"Məhz Qərb ölkələri Rusiyanı tükəndirmə siyasətinə üstünlük verdikləri üçün Ukraynanın qələbəsini təmin etmədilər. Bu onu göstərir ki, Qərb Ukraynanın tezliklə qələbəni təmin etməsində maraqlı deyil. Rusiyanın strateji məğlubiyyətə uğradılmasında maraqlı olub. ABŞ və tərəfdaşları Ukraynanın Avropa İttifaqına və NATO üzvlüyünə qəbul edilməsində maraqlı olsaydı, 2023-cü ildə Ukraynanın qələbəsini təmin edə bilərdi.
Ukraynanın qələbəsi üfüqdə görünmür - Politoloq
13:42 19.10.2024
Dünya
475
ABŞ və Avropa ölkələri Rusiya, Çin, İran və Şimali Koreya birliyinə qarşı mübarizə aparır
Qərb tərəfdaşları silahı kifayət qədər və vaxtında versəydilər, Ukrayna 2023-cü ildə Rusiyanı məğlub edə bilərdi. Bunu Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda Kiyevin Londondakı səfiri Valeri Zalujnı “Chatham House” Analitik Mərkəzindəki çıxışında deyib. Zalujni bildirib ki, son 10 ildə özümüzə arxalanaraq müstəqillik uğrunda mübarizə aparırıq: "Rusiya ilə tammiqyaslı müharibə üç ilə yaxın davam edib, 30 mindən çox insan həlak olub. Amma biz sivil Qərb dünyasında, azadlıqda yaşamaq istədiyimiz üçün mübarizəmizi davam etdiririk". Onun sözlərinə görə, müharibə Qərbin qlobal təhlükəsizlik sistemlərini qorumaq istəməməsinin nəticəsində başladı: “Rusiya 2008-ci ildən “yaxın xaric” adlanan yer uğrunda mübarizəyə başladıqdan sonra Qərbin zəifliyindən istifadə edir. 2008-ci ildə Gürcüstana, 2014-cü ildə isə Ukraynaya qarşı müharibə oldu. Qərbi qorxutmaq üçün Putin nüvə silahından danışır. Qərb siyasətçiləri Putinin təhdidlərindən qorxaraq daim təkrarlayırlar ki, gərginliyin qarşısını almaq lazımdır, ona görə də Ukraynaya daha az kömək edirlər. Nüvə silahı təhdidlərinə görə Qərb Kiyevi vaxtında kifayət qədər silahla təmin etmədi. Ona görə də 2023-cü ildə biz Rusiyanı məğlub edə bilmədik və tükəndirmə müharibəsinə çatdıq. 2023-cü ildə biz müharibəni bitirmək şansını əldən verdik”. Keçmiş komandanın sözlərinə görə, Ukraynanın NATO-nun təhlükəsizlik təminatından başqa alternativi yoxdur: “Bu məsələdə Volodimir Zelenskini dəstəkləyirəm. Müharibə resursların mübarizəsidir və insanlar da bir resursdur. Putin müharibəyə hər il 120-130 milyard dollar xərcləyir və eyni zamanda hər biri 500 dollara mərmi alır. Döyüş meydanına baxanda Ukraynanın bu qədər müqaviməti möcüzədir. Vəziyyət bundan da pis ola bilərdi”.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, həqiqətən 2023-cü ildə Ukrayna uğurlu hərbi əməliyyatlar keçirirdi. Xarkov və Xersonun böyük hissələri azad edilmiş, Rusiyanın hücumları dayandırılmışdı:
"Məhz Qərb ölkələri Rusiyanı tükəndirmə siyasətinə üstünlük verdikləri üçün Ukraynanın qələbəsini təmin etmədilər. Bu onu göstərir ki, Qərb Ukraynanın tezliklə qələbəni təmin etməsində maraqlı deyil. Rusiyanın strateji məğlubiyyətə uğradılmasında maraqlı olub. ABŞ və tərəfdaşları Ukraynanın Avropa İttifaqına və NATO üzvlüyünə qəbul edilməsində maraqlı olsaydı, 2023-cü ildə Ukraynanın qələbəsini təmin edə bilərdi.Qərb Rusiyanı Ukraynada taqətdən salmaq və regional çərçivəyə salmağı planlaşdırırdı. Hazırda da bu siyasət davam edir. Amma Çin Rusiyanın Ukraynada strateji məğlubiyyətində maraqlı deyil. Ona görə də Çin Rusiyanı hərbi-texniki dəstək verməklə, Şimali Koreyanı Rusiyaya ordu göndərməsinə razı saldı. Hazırda ABŞ və Avropa ölkələri Rusiya, Çin, İran və Şimali Koreya birliyinə qarşı mübarizə aparır. Amma 2023-cu ildə belə bir birlik qurulmamışdı.
Ukrayna cəbhəsində aktiv mərhələ ABŞ-də keçiriləcək prezident seçkilərindən sonra başlayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət