Ukrayna Prezidenti Vladimir Zelenski Aleksandr Pokladı Ukrayna Təhlükəsizlik Xidmətinin müvəqqəti rəhbəri təyin edib.
Axar.az xəbər verir ki, bu barədə Zelenski sərəncam imzalayıb.
Bundan əvvəl Poklad Təhlükəsizlik Xidməti sədrinin birinci müavini vəzifəsini tutub.
Qeyd edək ki, sözügedən vəzifəni daha öncə Yevgeni Xmara icra edib.