
Zelenskinin Qələbə Planı dünya müharibəsi deməkdir -Analitik
Yusif Nəzərli
00:12 17.10.2024
Dünya
275
ABŞ hələlik təmkin göstərir
Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radada Rusiya ilə müharibədə ölkəsinin Qələbə Planını təqdim edib. Planın 1-ci müddəası ölkənin dərhal NATO üzvlüyünə dəvət edilməsini nəzərdə tutur. İkinci bənddə isə Ukraynanın müdafiə sənayesi sahəsində istehsalın və Qərb tərəfdaşlarının köməyinin genişləndirilməsi qeyd edilib. Növbəti müddəada isə Ukrayna ərazisində ölkənin Rusiyadan yönələ biləcək istənilən təhlükədən qorunmasını təmin edən qeyri-nüvə xarakterli strateji müdafiə sistemlərinin yerləşdirilməsi əks olunub. Planın 4-cü bəndi neftin qiyməti və Rusiya neftinin idxalının məhdudlaşdırılması ilə bağlıdır. Sənədin sonuncu müddəası müharibədən sonra ölkədə peşəkar hərbçilərdən ibarət ordunun formalaşdırılacağına dair təklifdən ibarətdir. Zelenski çıxışında bu təklifi Avropanın təhlükəsizliyinə zəmanət adlandırıb. O deyib ki, plan dəstəklənsə, gələn ildən gec olmayaraq müharibəni bitirə bilərlər: "Biz hazırda Rusiya ilə yanaşı İran və Şimali Koreyaya qarşı da vuruşuruq". O əlavə edib ki, ölkənin əsas düşməni Rusiyadır: “Ukraynanın daxilində düşmən yoxdur”. Ukrayna Ali Radası Volodimir Zelenskinin Qələbə Planını yekdilliklə dəstəkləyib. Spiker Ruslan Stefançuk bildirib. O deyib ki, qərar Prezident Volodimir Zelenski ilə iki saata yaxın davam edən müzakirələrin ardından qəbul edilib. Stefançukun sözlərinə görə, sənəddə bir sıra məxfi məqamlar mövcuddur. Ukraynanın NATO yanında daimi nümayəndəsi Nataliya Qalibarenko deyib ki, Kiyev məhz Co Baydenin prezidentliyi dövründə NATO-ya üzv olmaq istəyir. Onun sözlərinə görə, bu addım Bayden Administrasiyasının Ukraynaya göstərə biləcəyi son və ən mühüm dəstək olacaq. Kreml də Ukraynanın Qələbə planına münasibət bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Kiyev rejiminin başçısı Volodimir Zelenski, görünür, öz sülh planını ABŞ-nin son ukraynalıya qədər döyüşməklə bağlı diktə etdiyi siyasətin davamı kimi təqdim edir: "Artıq neçə həftədir ki, bir növ müvəqqəti sülh planı haqqında danışılır... Çox güman ki, bu, Zelenskinin indi kamuflyaj edib “sülh” adlandırdığı, amerikalıların sonuncu ukraynalıya qədər bizimlə döyüşmək planı ilə eynidir. Görünür, bu belədir. Orada hansısa başqa plan yoxdur".
Politoloq Turab Rzayev "Sherg.az"a deyib ki, "Qələbə planı"nda yer alan maddələrin ən əhəmiyyətlisi NATO-ya üzvlük və Rusiya daxilinə zərbə endirmək istəyidir. Ekspertə görə, Böyük Britaniya buna razılıq versə də, ABŞ hələlik təmkin göstərir:

"Rusiya rəhbəri Vladimir Putin Rusiya ərazisinə edilən hücumların nüvə müharibəsinə səbəb olacağını açıqlayıb. Digər Avropa ölkələri isə ABŞ icazə verdiyi təqdirdə Rusiyaya hücum edə və ya Ukraynaya dəstək göstərə bilərlər. Çünki indiki halda biz Avropa, xüsusilə Almaniya cəmiyyətinin böyük hissəsinin, İspaniya, İtaliya, Avstriya, Çexiyanın müharibə istəmədiklərini görürük. Ona görə də Ukraynaya belə bir icazə verməyə tələsməyəcəklər. NATO-ya üzvlük isə kifayət qədər absurd məsələdir. Çünki müharibə aparan ölkə NATO-ya qəbul oluna bilməz. Bu həm NATO-nun şərtlərinə ziddir, həm də NATO Nizamnaməsinin 5-ci bəndinə əsasən, Rusiya-NATO müharibəsi deməkdir. Çünki həmin maddəyə əsasən, üzv ölkələrin birinin ərazisinə edilən hücum digər ölkələrin ərazisinə hücum sayılır və adekvat cavab hüququnu özündə saxlayır. Üstəlik, Slovakiya baş nazirinin etirazı da, düşünürəm ki, təkcə onun yox, digər ölkələrin ortaq qərarıdır ki, bir ölkəni etirazçı kimi göstərib, bu şəkildə Ukraynanın alyansa üzvlüyünün qarşısını alsınlar".
Analitik əlavə edib ki, Ukrayna əldə etdiyi yeni silahlarla Rusiya ərazilərinə hücumları intensivləşdirmək istəyir:
"Putin də adekvat olaraq nüvə silahına əl atacaqlarını bildirib. Düzdür, bu, bir tərəfdən, Rusiyanın zəifliyini, yəni Moskvanın konvensional (adi) silahlara qarşı müdafiə qabiliyyətinin azalmasını və nüvə silahından başqa, cavab verə biləcəyi silahın olmadığını göstərir, digər tərəfdən isə böyük bir dilemma yaranır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İki Türkiyə nəhəngi Levandovski üçün qarşı-qarşıya gəldi
18:20 16.03.2026
Futbol
İspaniya Aİ-nin Hörmüz boğazındakı missiyasında iştirak etməyəcək
18:13 16.03.2026
Dünya
Aİ Çin və İran şirkətlərinə sanksiya tətbiq edib
18:05 16.03.2026
Gündəm
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib
18:02 16.03.2026
Ölkə
ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var
17:43 16.03.2026
Gündəm
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm