Ukrayna Prezidenti Volodimir Zelenskinin müdafiə naziri Mixaylo Fedorovu vəzifəsindən azad etməsi ölkədə narazılıq yaradıb.
Sherg.az xəbər verir ki, qərardan sonra Kiyevdə etiraz aksiyaları keçirilib.
Zelenski bildirib ki, Fedorovla Baş Qərargah rəisi Oleksandr Sırski arasında ciddi fikir ayrılıqları yaranıb. Onun sözlərinə görə, tərəflər arasında birliyi təmin etmək mümkün olmayıb və bu məsuliyyətin bir hissəsi də onun üzərinə düşür.
Zelenskinin Sırskiyə dəstək verməsi də etirazlara səbəb olub. Kiyevdə Prezident Administrasiyasının qarşısına toplaşan aksiyaçılar Sırskinin vəzifədən azad olunmasını tələb edən şüarlar səsləndiriblər.
Qeyd olunur ki, bu, Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra hökumətə qarşı keçirilən ikinci böyük etiraz aksiyasıdır. Bundan əvvəl Zelenskinin sonradan ləğv etdiyi korrupsiyaya qarşı mübarizə aparan iki qurumun fəaliyyətini dayandırmaq qərarı da oxşar narazılığa səbəb olmuşdu.