Şair Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib, sabah əməliyyat olunacaq.
Bu barədə APA-ya şair özü məlumat verib.
Onun sözlərinə görə, bir neçə gün öncə yenidən müayinə edilib.
"Buna qədər belə hesab edilirdi ki, əməliyyat risklidir. Kimya-terapiya müalicəsi daha məqsədəuyğun hesab edilmişdi. Amma bu müayinə onu deməyə əsas verdi ki, mənim yenidən əməliyyat şansım var. Xəstəxanadayam. Sabah, yəqin ki, əməliyyat ediləcəyəm".