Şair Nazım Hikmət Ranın vəfatının 61-ci ildönümü ilə əlaqədar Rusiyanın paytaxtı Moskvada məzarı başında anım tədbiri keçirilib.
Sherg.az xəbər verir ki, mərasim Türkiyənin Moskvadakı səfirliyinin himayəsi, Rusiya-Türkiyə İş Adamları Dərnəyinin (RTİB) rəhbərliyi və Moskva Nazım Hikmət Mədəniyyət və İncəsənət Fondu ilə əməkdaşlıq çərçivəsində Novodeviçi qəbiristanlığında keçirilib.
Mərasimdə Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç, RTİB sədr müavinləri Rəcəb Haki və Nurullah Bakır, Moskva Nazım Hikmət Mədəniyyət və İncəsənət Vəqfi sədri Əli Qalip Savaşir, Moskva Bələdiyyəsi Şimal Bölgəsi Mədəniyyət İdarəsinin müdiri Aleksandra İlyina, sənətçilər Zülfü Livaneli və Serenad Bağcan, türkiyəli qonaqlar və Rusiya vətəndaşları iştirak ediblər.
Səfir Bilgiç və mərasimə qatılanlar Nazım Hikmətin məzarı üzərinə əklil və qərənfillər qoyublar.
Səfir Bilgiç çıxışında Nazım Hikmətin təkcə Türkiyə üçün deyil, dünya üçün də bir xəzinə olduğunu bildirib:
"Həyatının beynəlxalq siyasi konyukturadan asılı olaraq bir çox müzakirələrə səbəb olsa da, Nazım Hikmət təkcə şeirləri ilə deyil, həm də insanlıq sevgisi, həyata şövqü, ideyası və yaşaması ilə tarixdə iz qoyub. Hər kəs şairin əsərlərində öz həyatı ilə bağlı nəsə tapa bilir.
Nazım Hikmətin vəfatından uzun illər keçməsinə baxmayaraq hələ də Türkiyə ilə Rusiya arasında sevgi körpüsü olmağa davam edir. Əslində bu gün Nazım Hikmət Mədəniyyət Mərkəzini açacağıq. Mərkəzin açılmasında əməyi olanlara təşəkkür edirəm".