Şair Elman Tovuz dünyasını dəyişib.
Kult.az xəbər verir ki, bu barədə məlumatı şairin yaxınları sosial şəbəkədə paylaşıblar.
1997-ci ildən yatağa düşən şair uzun müddət idi ki, əlil arabasında idi və ağır xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, Elman Tovuz (Elman Şəmşəd oğlu Həsənov) 10 aprel 1961-ci ildə Tovuz rayonunun Şıxheybət (ərazi vahidi - Çataq) kəndində doğulub. Şair "Hara gedir bu yol belə?..", "Dünya, məni mənə qaytar", "Dəlir ürəyimi demədiklərim" adlı üç kitabın müəllifidir.