Xalq şairi Ramiz Rövşən Bakı Sağlamlıq Mərkəzində müalicə olunub. 77 yaşlı şair mərkəzə arterial hipertenziya, limfoödem diaqnozları ilə müraciət edib.
Modern.az şairin son durumunu öyrənmək üçün onun yaxınları ilə əlaqə saxlayıb.
Bildirilib ki, hazırda Ramiz Rövşən özünü yaxşı hiss edir.
"Ramiz Rövşən 2 günlük müalicə üçün Bakı Sağlamlıq Mərkəzində qalıb. Hazırda vəziyyəti yaxşıdır", - açıqlamada deyilir.