Dünyada əziz nə var,
Məktəb yolları kimi.
Açılır qarşımızda
Ana qolları kimi.
Cığırlar boyunbağı,
Cığırlar sapa bənzər.
Uşaqlar muncuq kimi
Bu saplara düzülər.
''Uzun illər bu şeir dərsliklərə çap olundu. Sonra dedilər ki, bu şeir köhnəlib. Əsl ədəbiyyat heç vaxt köhnəlmir. Sən necə deyə bilərsən, Füzuli köhnəlib, Nizami köhnəlib? Köhnəlmək o olar ki, o şeir bu gününün tələblərinə cavab verməsin. Məktəb bizim sabahımız olan uşaqları yetişdirir. Məktəb necədirsə, gələcəyimiz də elə olacaq''.
Bu sözləri Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Zahid Xəlil ''operativmedia.az ''a müsahibəsində deyib.
Məaələyə münasibət bildirən şair Qəşəm Nəcəfzadə "Sherg.az"a söyləyib ki, Zahid Xəlil bizim canlı klassikamızdır:
''O, böyük uşaq şairlərimizdən biridir. Bir sözlə, məktəb yaradıb və hər birimizin müəllimidir. Həmçinin uşaq ədəbiyyatının müasir, canlı bariz nümunəsidir. Ona görə də deyə bilərəm ki, Zahid Xəlilin şeirlərinin fərsliklərdən çıxardılmasını kim təşkli edibsə, səhv addım atır. Təbii ki, bu addımına görə, həmin şəxs gec-tez peşman olacaq. Unutmamalıyıq ki, Zahid Xəlil bu gün var, sabah da olacaq. Müasir uşaq ədəbiyyatını Zahid Xəlilsiz təsəvvür etmək qeyri-mümkündür".