Qazaxıstan üçün ciddi test: Rəsmi Bakı artıq nə baş verdiyini dəqiq bilir
12:11 07.08.2025
Ədəbiyyat
618
Təqdim edəcəyi istintaq rəyi Qazaxıstanın həm regiondakı siyasi mövqeyini, həm də Azərbaycana qarşı mövcud münasibətini aydın şəkildə ortaya qoyacaq
Bir neçə aydan sonra Qazaxıstan hakimiyyəti Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq.
Bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev mətbuat konfransında bildirib.
Qazaxıstan istintaq orqanlarının təqdim edəcəyi rəy yalnız hadisənin hüquqi və texniki tərəflərinə deyil, həm də ölkənin regional aktor kimi obyektivliyinə və müstəqil mövqeyinə işıq salacaq. Bu baxımdan qarşıdan gələn istintaq nəticəsi həm Azərbaycan üçün, həm də bütövlükdə region üçün ciddi əhəmiyyət kəsb edir.
Politoloq Elçin Xalidbəyli mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:
"Qazaxıstan istintaq qurumunun Rusiya səmasında vurulmuş Azərbaycan sərnişin təyyarəsi ilə bağlı açıqlayacağı rəy xüsusi önəm daşıyır. Bu rəy Qazaxıstanın Azərbaycana münasibətdə nə dərəcədə ədalətli və səmimi olduğunu, eyni zamanda Rusiyadan nə səviyyədə asılı və ya çəkingən olub-olmadığını ortaya qoyacaq. Rəydə təyyarənin vurulub-vurulmadığı, hadisənin hansı şəraitdə baş verdiyi, xüsusilə də Rusiyanın təyyarəyə qarşı hərbi müdaxilə edib-etmədiyi məsələləri aydın şəkildə əks olunmalıdır. Əslində Azərbaycan üçün vəziyyət tamamilə aydındır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, təyyarəni Rusiya hava hücumundan müdafiə qüvvələri Rusiya hava məkanında vurub. Bu iddianı təsdiqləyən bir çox sübutlar mövcuddur. Hətta bir müddət əvvəl təyyarənin vurulmasında birbaşa iştirak etmiş rus zabitlərinin adları belə açıqlanıb.
Azərbaycan hadisənin bütün detalları ilə bağlı məlumatlıdır və Rusiyanın bu məsələdə Bakı rəsmi qurumlarını yanıltması mümkün deyil. Bu baxımdan Qazaxıstanın məsuliyyəti xüsusilə böyükdür. Onların təqdim edəcəyi istintaq rəyi Qazaxıstanın həm regiondakı siyasi mövqeyini, həm də Azərbaycana qarşı mövcud münasibətini aydın şəkildə ortaya qoyacaq".
Ekspert Qazaxıstanın Rusiyanın maraqlarına uyğun, qeyri-obyektiv bir rəy açıqladığı halda bunun Azərbaycan-Qazaxıstan münasibətlərinə mənfi təsir göstərə biləcəyini söyləyib:
"Əksinə əgər Qazaxıstan siyasi cəsarət göstərərək obyektiv və real faktlara əsaslanan bir rəy təqdim edərsə, o zaman Rusiyanın Qazaxıstana təzyiq göstərməsi istisna deyil. Hər iki halda bu, Qazaxıstan üçün ciddi bir testdir.
Lakin istintaq rəyindən asılı olmayaraq rəsmi Bakı artıq nə baş verdiyini dəqiq bilir. Prezident İlham Əliyev bir müddət əvvəl bəyan etdi ki, Azərbaycan bu məsələ ilə bağlı beynəlxalq məhkəməyə müraciət etməyi planlaşdırır. Bu isə Azərbaycanın əlində təkzib olunmaz sübutların olduğunu göstərir. Rəsmi Bakı bu sübutları beynəlxalq hüquq müstəvisində təqdim edərək Rusiyanın günahkar olduğunu sübut etmək niyyətindədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Evlərdən məişət əşyalarını oğurlayan şəxs saxlanıldı
16:31 29.01.2026
Hadisə
ABŞ səfirliyi "Qarabağ"ı təbrik edib
15:52 29.01.2026
Futbol
Müharibənin ayaq səsləri: ABŞ “divinə” qarşı İran “canavarı”
15:45 29.01.2026
Gündəm
Avropa müdafiə xərclərini sürətlə artırır
15:43 29.01.2026
Dünya
100-ə yaxın məktəbli infeksiyaya yoluxub
15:37 29.01.2026
Sağlamlıq
İran gəmisi Xəzərdə qəzaya uğradı
15:33 29.01.2026
Hadisə
Ramzan Kadırov Ukrayna ilə danışıqların əleyhinədir
15:24 29.01.2026
Dünya
Kreml İran və ABŞ-ı güc tətbiqindən imtina etməyə çağırıb
14:21 29.01.2026
Dünya
"Qalatasaray" 35 milyona La Liqadan futbolçu transfer edir
14:07 29.01.2026
Futbol
Azərbaycan Bolonya sistemindən imtina etməyəcək - EKSPERT
14:04 29.01.2026
Elm və Təhsil
Rusiya 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib - YENİLƏNİB
13:58 29.01.2026
Dünya
KİV: Moskva və Kiyev enerji atəşkəsi ilə bağlı razılığa gəlib
13:46 29.01.2026
Dünya
Bilal Ərdoğan Bakıda restoran açır
13:36 29.01.2026
Gündəm
Hakan Fidan ABŞ-nin xüsusi nümayəndəsi ilə görüşdü
13:32 29.01.2026
Dünya