
Vidadi Babanlının "Ruhani" üstündə köçü...
06:30 19.08.2025
Ədəbiyyat
537
Bəziləri Fəxri Xiyaban uğrunda çarpışdığı halda, bəziləri sakitcə dədə-baba yurduna “yola düşür”
Yazıçı, Əməkdar incəsənət xadimi Vidadi Babanlı doğma yurdunda dəfn olundu. Qazax rayonunun Birinci Şıxlı kənd qəbiristanlığında. Niyə? Deyirlər, özü vəsiyyət edibmiş. Ola bilər. Amma Vidadi Babanlı kifayət qədər tanınan, sevilən imza olub. O, 20-ci əsr gənclərinin yazıçısı idi həm də. Onun “Vicdan susanda” romanı əl-əl gəzirdi o vaxtlar. V.Babanlı Azərbaycan Yazıçılar Birliyinin üzvü, tərcüməçi və "Şərəf" ordenli yazıçı idi. 1927-ci il yanvarın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdu. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində təhsil alıb, "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində, "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləmişdi. Sonradan C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, "Yazıçı" nəşriyyatında baş redaktor müavini olub. Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiri olub. Şeirləri, əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirən şəxs idi.
Doğrudur, dəfn mərasimində yazıçının ailə üzvləri, Rayon İcra Hakimiyyətinin nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Amma niyə Fəxri Xiyaban, heç II Fəxri Xiyaban da yox?
Təkcə Vidadi Babanlıdırmı Fəxri Xiyabanda dəfn olunmayan? Osman Sarıvəlli, Hüseyn Arif, Əli Kərim, Musa Yaqub... pofessor Əzizə Cəfərzadə, tanınmış simalardan Xalq artisti Fuad Poladov, İlham Əsgərov... saymaqla bitməz. Bəziləri Fəxri Xiyaban uğrunda çarpışdığı halda, bəziləri sakitcə dədə-baba yurduna “yola düşür”.
Məsələ Fəxri Xiyabanda, yaxud doğulduğu torpaqda dəfn olunmaq deyil. Əsas məsələ şəxsin xalq tərəfindən sevilməsidir. Həyatda olduğu müddətcə də, həyatdan getdikdən sonra da. Fəxri Xiyabanda dəfn olunmayan elə məşhurlar var ki, dünya durduqca seviləcəklər. Elələri də var ki, Fəxri məzarlıqda dəfn olunsalar da, xalqın məhəbbətini qazanmayıblar, hətta qınananlar da az deyil.
Şair Oğuz Ayvaz Sherg.az-a açıqlamasında məsələyə maraqlı tərəfdən toxundu:

- Ümumiyyətlə, deyərdim ki, Fəxri Xiyabanda dəfn olunanlar adətən Azərbaycan Yazıçılar Birliyinə yaxın olan adamlardır. Amma əks mövqedə dayananlar, yaxud da sadəcə fərqli düşünənlər, çox vaxt öz doğma yurdlarında dəfn olunmağı seçirlər.
Hər kəs üçün şöhrət və tanınmaq eyni dərəcədə vacib deyil. Bəziləri üçün ən böyük dəyər doğma torpaq, ailə və uşaqlıq xatirələrinin yaxınlığıdır. Rəhmətlik yazıçı Vidadi Babanlı da belə seçdi: yaradıcılığı insanların yaddaşında yaşayacaq, amma özü evinin yaxınlığında, doğulduğu yerdə rahatlıq tapdı. Onun seçimi göstərir ki, bəzi insanlar üçün aidiyyət və mənəvi sükunət məşhurluqdan daha dəyərlidir.
Atam, yazıçı Eyvaz Əlləzoğlunun vəsiyyəti də bu məntiqə bənzəyirdi – o, dəfninin Gürcüstanda, doğulduğu kəndin qəbiristanlığında olmasını vəsiyyət etmişdi. Amma bu baş vermədi, biz onun vəsiyyətini yerinə yetirə bilmədik. Bunun da öz səbəbləri vardı. Yazıçıların və ya sənət adamlarının belə arzuları çox olur, amma bəzən həyatın reallıqları bu istəklərin gerçəkləşməsinə mane olur.
Mən özüm də düşünürəm ki, əgər qocalıb yazıçı kimi dünyadan köçsəm və ən yaxın dostuma, yaxud övladıma desəm ki, mənim cəsədimi yandırın, külümü dənizə üfürün getsin, yəqin ki, vəsiyyətim yerinə yetməz. Qohumlar, mollalar, cəmiyyət buna imkan verməz. Mənim bu dünyada inandığım tək həqiqət ölümdür. Və ölüm qarşısında hər kəsin yolu fərqlidir: kimisi üçün ən böyük dəyər xalqa yadigar qalmaqdır, kimisi üçün isə doğma torpağın.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan Baş naziri: Azərbaycanla tarixi uğura imza atdıq
16:12 02.06.2026
Cənubi Qafqaz
NATO: Artıq ABŞ-dən asılı deyilik
15:57 02.06.2026
Dünya
Minimum əmək haqqı 1 həftəyə ancaq çatar -RƏY
15:50 02.06.2026
Sosial
Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb
15:37 02.06.2026
Cənubi Qafqaz
DYP küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
15:13 02.06.2026
Cəmiyyət
Əfşar Sülrymani: Pezeşkian geri çəkilmək niyyətində də deyil
15:05 02.06.2026
Region
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
14:36 02.06.2026
Rəsmi
Əgər birləşmə olarsa, bu ölkə məhv ediləcək - Moskvadan xəbərdarlıq
14:14 02.06.2026
Dünya
“Qarabağ”ın yay hazırlıq planı bəlli olub
14:00 02.06.2026
Futbol
Erməni əsgərin hərbi hissədə meyiti tapıldı
13:14 02.06.2026
Cənubi Qafqaz
DÇ-2026: Türkiyə millisinin heyəti açıqlanıb
12:59 02.06.2026
Futbol
Krasnodarda Ukraynanın PUA hücumundan sonra neft emalı zavodu yanır
12:52 02.06.2026
Dünya
Sabah yağış intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək
12:44 02.06.2026
Ekologiya