
Ekspert: Direktor və müavinl vəzifələrinə təyinatların müsabiqə yolu ilə həyata keçirilməlidir
Yusif Nəzərli
22:53 27.12.2024
Elm və Təhsil
960
Qanunları bilməmək onun pozulmasına haqq qazandırmır
“Təhsil sahəsində hüququn üstünlüyünü təmin etmək, mövcud islahatları davam etdirmək və təhsil idarəçiliyində şəffaflıq prinsiplərinə əməl etmək ən vacib hədəf olmalıdır”
Təhsil sistemində işə qəbul prosedurlarının şəffaf və qanuni qaydada həyata keçirilməsi, islahatların davamlılığı və təhsil müəssisələrinin idarə edilməsində ədalət prinsipinin qorunması üçün mühüm əhəmiyyət kəsb edir. Direktor və direktor müavini vəzifələrinə təyinatın müsabiqə əsasında həyata keçirilməsi Azərbaycan təhsilində son illərin ən müsbət dəyişikliklərindən biridir. Bu, yalnız peşəkar kadrların vəzifəyə gətirilməsini təmin etməklə yanaşı, təhsil müəssisələrinin keyfiyyət göstəricilərinin yüksəlməsinə də xidmət edir.
Bu barədə “Sherg.az"a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda bəzi Regional Təhsil İdarələrinin ləğv edilən metodistləri heç bir müsabiqə olmadan orta məktəblərdə direktor müavini vəzifələrinə təyin etməsi ciddi qanun pozuntusudur və qəbulolunmazdır. O, bu cür təyinatların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmadığını deyib:

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən (maddə 16 və 77), işə qəbul prosesində bərabərlik və şəffaflıq təmin edilməlidir. Həmçinin, “Dövlət ümumi təhsil müəssisələrinin pedaqoji işçilərinin və rəhbər vəzifəli şəxslərinin işə qəbul və iş yerinin dəyişdirilməsi qaydaları” haqqında Nazirlər Kabinetinin qərarında direktor və direktor müavini vəzifələrinə təyinat üçün müsabiqə proseduru nəzərdə tutulur. Bu qərara əsasən də direktor və direktor müavinləri yalnız təsdiq olunmuş qaydalara uyğun olaraq müsabiqə yolu ilə işə qəbul edilməlidir. Vəzifəyə təyin olunma üçün müəyyən edilmiş kvalifikasiyalara və tələblərə cavab vermək mütləqdir.
Bu qanuni tələbləri nəzərə almadan, birbaşa təyinatlarla həyata keçirilən addımlar yalnız qanun pozuntusu deyil, həm də təhsildə idarəetmənin keyfiyyətinə mənfi təsir göstərə bilər. Belə hallarda ləğv olunan metodistlərin mövcud əməkhaqqı problemlərinin həlli üçün alternativ həll yolları tapılmalı, lakin mövcud qaydalar pozulmamalıdır”.
Bu məsələnin həlli üçün müvafiq tədbirlərin görülməsini zəruri hesab edən ekspert bildirib ki, qanunsuz təyinatlarla bağlı ciddi araşdırmalar aparılmalı, bu hallara yol verən şəxslər məsuliyyətə cəlb edilməlidir:
"Metodistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün əlavə maddi stimullar və ya alternativ iş yerləri təmin edilməlidir. Direktor və direktor müavinləri vəzifələrinə təyinatların yalnız müsabiqə yolu ilə həyata keçirilməsi təmin olunmalıdır. Qanunları bilməmək onların pozulmasına haqq qazandırmır. Təhsil sahəsində hüququn üstünlüyünü təmin etmək, mövcud islahatları davam etdirmək və təhsil idarəçiliyində şəffaflıq prinsiplərinə əməl etmək ən vacib hədəf olmalıdır. Qanun pozuntularına qarşı susmaq təhsildəki uğurları kölgə altına salmaq deməkdir. Bu istiqamətdə həm cəmiyyət, həm də aidiyyəti qurumlar daha aktiv olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi şəbəkəsi sıradan çıxıb
22:39 17.11.2026
Dünya
Vladimir Putin Çinə səfər etdi
22:20 17.11.2026
Gündəm
Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
21:24 17.11.2026
Aktual
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:12 17.11.2026
Hadisə
Britaniya Ukraynaya mindən çox raket verəcək
21:00 17.11.2026
Dünya
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə