Martın 3-də gözlənilən hava proqnozu açıqlanıb.
Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Gecə temperaturu: 0-3° şaxta
Gündüz temperaturu: 2-6° isti
Atmosfer təzyiqi: 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək
Nisbi rütubət: 70-75 %, gündüz 65-70 % .
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Gecə temperaturu: 2-6° şaxta,
Gündüz temperaturu: 5-9° isti
Dağlıq rayonlarda gecə temperaturu: 9-14° şaxta
Yüksk dağlıq ərazilərdə gecə temperaturu: 14-19° şaxta
Gündüz temperaturu: 0-5° şaxta .
Bəzi yollar buz bağlayacaq.