Ekoloq: Erməninstan Araz çayını çirkləndirdiyi üçün cərimələnməlidir

Jurnalistlərin, həmçinin ziyalıların səfərləri təşkil edilə, bəlkə də transsərhəd çaylarla bağlı birgə tədbirlər keçirilə bilər. Biz bununla bağlı mövqeyimizi dəfələrlə bildirmişik, çünki Ermənistan Araz çayını çirkləndirir.
Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.
Dövlətimizin başçısı deyib: “Əgər biz Azərbaycan istiqamətində bu məsələləri müzakirə edə bilsək, yaxşı olar. Bu, praktiki addımları göstərir və etimadın olmamasını belə kiçik addımlarla tədricən azalda bilərik. Bu, illər tələb edəcək, lakin biz bununla azalda bilərik”.


Mövzu ilə bağlı ekoloq alim, professor Telman Zeynalov “Sherg.z”a bildirib ki, Ermənistan Araz çayını çirkləndirir:

“Araz çayı çirkli sularla qovuşaraq gəlir Kür çayına, Kür çayı isə Xəzər dənizinə tökülür.  Bu suyu isə yerli əhali içməli su kimi istifadə edir. Elə sözügedən səbəbdən də xəstəliklər yayılmaqda davam etməkdədir. Araz çayını çirkli mənbələrdən təmizləmək üçün Azərbaycan sərhəddə təmizləyici qurğu aparatı qurmalıdır. Həmçinin Erməninstana da bu barədə ciddi şəkildə xəbərdarlıq etdikdən sonra cərimələnməlidir”.

  Ekoloq Rövşən Abbasov isə deyib ki,bizə gələn transsərhəd çayların çirklənməsi çoxdan məlumdur:

“Bunların içərisində Kür çayı, Araz çayı və eləcə də Ermənistandan Azərbaycana gələn çaylar var. Bu çayların çirkləndirilməsi qonşu ölkələrin ərazisində aparılan sənaye və mədən işləri ilə əlaqədardır. Çirklənmə əsasən mədən sənayesindən gəlir. Mədən sənayesi daha çox Ermənistan ərazisində qızıl və mis çıxarılmasını ehtiva edir ki, bu zaman külli miqdarda təhlükəli tullantılar yaradır. İndi bunların inteqrasiyalı idarə olunması üçün hökmən danışıqlara getmək lazımdır. Düşünürəm ki, sülh sazişi imzalanandan sonra birinci həll edilməli olan məsələlərdən biri də bu olacaq”.