Kanadada avtomobil kütlənin üzərinə sürülüb, 9 nəfər ölüb - YENİLƏNİB

Kanadanın Vankuver şəhərində festival zamanı avtomobilin kütlənin üzərinə sürülməsi nəticəsində ölənlərin sayı artıb.

APA-nın xəbərinə görə, bu barədə Vankuver polisi məlumat yayıb.

Beləliklə, zamanı avtomobilin kütlənin üzərinə sürülməsi nəticəsində 1-i uşaq olmaqla, 9 nəfər ölüb, 6 yaralı var.


***

10:57

Kanadada avtomobil kütlənin üzərinə sürülüb.

APA-nın xəbərinə görə, hadisə Vankuverdə qeydə alınıb.

Vankuver polisi festival keçirilən küçədə avtomobilin kütləyə çırpılması nəticəsində ölənlərin və yaralananların olduğu barədə məlumat yayıb.

Avtomobilin sürücüsü saxlanılıb.