ABŞ Dövlət katibi USAID-in bağlanmasını müdafiə edib

ABŞ Dövlət katibi Marko Rubio USAID-in bağlanmasını müdafiə edib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin “X” hesabında məlumat verilib.

“Siyasət və mediada həyəcan təbili çalanlar USAID-in bağlanmasının fəlakətlə nəticələnəcəyini iddia edirdilər. Təxminən bir il sonra bu iddiaların əsassız olduğu sübut olundu. Biz xarici yardımı milli maraqlarla uyğunlaşdırdıq, fəlakətlərə cavab imkanlarını təkmilləşdirdik və Amerika şirkətlərinin yaradıcılıq potensialından istifadə edərək insanların həyatını xilas etdik” , - Dövlət Departamenti qeyd edib.