Türkiyə Böyük Millət Məclisi (TBMM) Birgə Müdafiə Haqqında Məkkə Sazişini təsdiqləyib.
Axar.az-ın “TRT Haber”ə istinadən məlumatına görə, sənəd millət vəkillərinin əksəriyyətinin dəstəyini qazanıb.
Qeyd edək ki, Məkkə Sazişi avqustun 7-də Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Əl Səud və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb. Oktyabrın 5-də sazişin tərəfləri birgə müdafiə öhdəliklərinin praktiki şəkildə həyata keçirilməsini davam etdirmək və razılaşdırılmış hərbi qüvvələrin və vasitələrin Səudiyyə Ərəbistanında yerləşdirilməsi üçün tədbirlər görmək qərarına gəliblər.