ABŞ yaxın bir neçə həftə ərzində Suriyadakı İslam Dövləti (İŞİD) terror qruplaşmasının mövqelərinə zərbələr endirməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, dekabrın 20-də ABŞ Prezidenti Donald Tramp ötən həftə Amerika qoşunlarına edilən hücuma cavab olaraq Suriyadakı terrorçuların mövqelərinə genişmiqyaslı zərbələr endiriləcəyini elan edib.
"Əməliyyatın məqsədi İŞİD-in potensialını bərpa etməyə çalışdığı yerləri məhv etmək, bu qüvvələri və onların obyektlərini geniş miqyasda məhv etməkdir", - deyə açıqlamada bildirilir.
Dekabrın 13-də Suriyanın Palmira şəhərində İŞİD-ə qarşı əməliyyat zamanı iki ABŞ hərbçisi və bir tərcüməçi öldürülüb, daha üç amerikalı yaralanıb.