Ukrayna işğal olunmuş və Rusiya ərazisinə çevrilmiş bölgələrdə seçkilər keçirməyəcək. Sherg.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Portuqaliya baş naziri ilə keçirdiyi mətbuat konfransında bildirib.
Zelenski əlavə edib ki, Ukrayna Xarici İşlər Nazirliyi xaricdə seçkilərin keçirilməsi üçün infrastrukturun yaradılması üzərində çalışır.
Əvvəlcə Rusiya prezidenti Vladimir Putin isə seçki günü Ukrayna ərazisinə hücumların dayandırıla biləcəyini istisna etməyib, lakin Rusiyada yaşayan 5–10 milyon ukraynalının səsvermə hüququ olduğunu xatırladıb və bildirib ki, əgər seçki keçiriləcəksə, bu şəxslərin də Rusiya ərazisində səsvermə imkanına malik olması təmin edilməlidir.