Milli Mətbuatın yaranmasının 150 illiyi münasibətilə "Şərq" Media Qrupuna daxil olan media subyektlərinin rəhbər və jurnalist heyətindən 5 nəfər "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
"Sherg.az"ın məlumatına görə, təltif olunan şəxslər uzunmüddətli və səmərəli fəaliyyəti, peşəkarlığı, operativ və obyektiv informasiya təminatındakı xidmətləri, eləcə də Azərbaycan milli mətbuatının inkişafına verdikləri töhfələrə görə bu yüksək mükafata layiq görülüblər.
"Şərq"in yubiley medalı ilə təltif olunan əməkdaşları aşağıdakılardır:
1. Akif Aşırlı
2. Yusif Nəzərli
3. Məlahət Rzayeva
4. İsmayıl Qocayev
5. Şəymən Bayramov



"Şərq" Media Qrupun kollektivi göstərilən bu yüksək dövlət diqqəti və etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılova dərin minnətdarlığını bildirir və bundan sonra da milli mətbuatın inkişafına, cəmiyyətin operativ və etibarlı informasiya ilə təmin olunmasına töhfə vermək istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirəcəyini bəyan edir.
Qeyd edək ki, yubiley medalı Prezident İlham Əliyevin milli mətbuatın tarixi missiyasına, jurnalist əməyinə və medianın cəmiyyətin inkişafındakı mühüm roluna verdiyi yüksək qiymətin bariz ifadəsi olaraq, dövlət başçısının 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş müvafiq qanunvericilik dəyişiklikləri əsasında təsis edilib. Prezidentin imzaladığı bu Fərman Azərbaycan milli mətbuatının 150 illik şərəfli yoluna dövlət səviyyəsində göstərilən xüsusi diqqət və qayğının, söz və informasiya azadlığının inkişafına verilən mühüm töhfənin növbəti təzahürüdür.