İordaniya təyyarələri ABŞ Hərbi Hava Qüvvələri ilə birlikdə Suriyada İŞİD terror qruplaşmasının hədəflərinə zərbələr endirib.
Trend-in məlumatına görə, bu barədə İordaniya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
"İordaniya Hərbi Hava Qüvvələri cümə günü səhər saatlarında Suriyanın cənubundakı bir neçə İŞİD mövqesinə hücum edib. Hava hücumunda iştirak ABŞ komandanlığı ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib", - deyə bildirilib.
Qeyd edilib ki, Suriyadakı keçid hökuməti noyabr ayında ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasına qoşulub.
"Bu əməliyyat terrorizmə qarşı müharibənin bir hissəsidir və ekstremistlərin ələ keçirdikləri əraziləri sığınacaq kimi istifadə etməsinin qarşısını almağa yönəlib ki, bu da Suriyaya qonşu dövlətlərin təhlükəsizliyinə təhdid yaradır", - deyə əlavə edilib.