Son günlərdə Odessa vilayətinə hücumlar, xüsusən körpülərin kütləvi bombalanması güclənib.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Portuqaliyanın Baş naziri Luis Monteneqro ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiyanın bu hücumlarından sonra hakimiyyət bir neçə iclas keçirib və komandanlığa insanları zəruri olan ərzaq, yanacaq, eləcə də dərman preparatları ilə təmin etmək tapşırığı verib:
"Artıq müvəqqəti infrastruktur həlləri, xüsusilə, ponton körpülər reallaşdırılır. Məhz Odessa vilayətində hava hücumundan müdafiəyə cavabdeh olan şəxslərlə də daimi rabitədəyəm", - Ukrayna Prezidenti əlavə edib.