Polşanın Xarici İşlər naziri Radoslav Sikorski Macarıstan baş naziri Viktor Orbanı sosial şəbəkədə SSRİ-nin ali mükafatı olan “Lenin ordeni” təsviri ilə “təbrik edib”.
Sherg.az xəbər verir ki, bu Orbanın Aİ sammitində Ukraynaya kredit üçün Rusiya aktivlərindən istifadə olunmaması ilə bağlı paylaşımına cavabdır. Aİ ölkələri Ukraynaya ümumi büdcədən 90 milyard avro ayırıb, dondurulmuş Rusiya aktivləri isə saxlanacaq.
Putin isə xəbərdarlıq edib ki, Rusiya aktivlərinə müdaxilə “qarət” sayılacaq və ağır nəticələri ola bilər.