Bu, Rusiya ilə müharibəyə səbəb olar - Orban

Qərbin Ukraynaya sülhməramlı qüvvələr göndərmək niyyəti və Rusiya aktivlərinin müsadirəsi və Ukraynaya dəymiş ziyanın ödənilməsi ilə bağlı təkliflər Avropa və Rusiya arasında müharibəyə səbəb ola bilər.

Axar.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

"Almanlar Ukraynaya sülhməramlı qüvvələr göndərməyi düşünürlər. Oonlar Rusiya ordusunun atəşinə tuş gəlsələr və cavab atəşi açsalar, nə olacaq? Buna müharibə deyilir", - Orban qeyd edib.