Sabah bəzi rayonlarda görünüş məsafəsi məhdudlaşacaq


Aprelin 14-də avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşması gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sherg.az-a verilən xəbərə görə, dağlıq və dağətəyi rayonlarda görünüş məsafəsi 500-1000 metrədək azalacaq.

Aprelin 14-də bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Sürücülərə aşağıdakı tədbirlərə əməl etmələri tövsiyə olunur:

Sürət həddini hava şəraitinə uyğun tənzimləmək
Dumanlı hava şəraitində uzaq məsafəni görmək üçün duman işıqlarından istifadə etmək
Digər nəqliyyat vasitələri ilə təhlükəsiz məsafəni qorumaq
Yol nişanlarına və xəbərdarlıqlara diqqət yetirmək