Prezident Ərdoğan İtaliyaya gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çərşənbə axşamı günü İtaliyaya bir günlük səfəri gözlənilir.

Sherg.azxəbər verir ki, əvvəllər təxirə salınan Prezident Ərdoğan ilə İtaliyanın Baş naziri Corcia Meloni arasındakı görüş 29 aprel tarixində Romada baş tutacaq.

Ərdoğanın İtaliya səfəri çərçivəsində hökumətlərarası zirvə ilə eyni vaxtda İtaliya-Türkiyə Biznes Forumu görüşlərinin keçirilməsi planlaşdırılır.

Prezident Ərdoğan və İtaliyanın Baş naziri Meloni görüşlərdə iki ölkə arasındakı münasibətləri müzakirə edəcəklər.