Hindistanın ən zəngin ştatında quraqlıq həyəcanı

Hindistanın ən zəngin ştatı olan Maharaştranın ərazisinin 74 faizinin uzun müddət davam edən yağıntı azlığı səbəbindən quraqlıqdan təsirləndiyi açıqlanıb.

Sherg.az xəbər verir ki, hökumətin məlumatına görə, maliyyə və ticarət mərkəzi Mumbayın da yerləşdiyi Maharaştrada yağıntıların azalması ciddi narahatlıq yaradıb.

Hindistan Meteorologiya İdarəsi ölkədə illik musson mövsümünün yağıntı çatışmazlığı ilə başa çatacağını proqnozlaşdırıb. Quraqlığın xüsusilə fermerlərin dolanışığına ciddi təsir göstərə biləcəyi bildirilir.

Meteoroloqlar bu il Cənubi Asiyada adətən daha quraq hava şəraiti yaradan El-Ninyo iqlim hadisəsinin daha güclü keçdiyini və bunun qeyri-adi yağıntı rejiminə səbəb olduğunu qeyd ediblər.