İsti hava daha da güclənəcək: Növbəti həftə nəfəs almaq çətinləşəcək

Türkiyədə havanın temperaturu növbəti həftədən etibarən daha 3-4 dərəcə yüksələcək.

Sherg.az xəbər verir ki, Türkiyə Meteorologiya Baş İdarəsinin proqnozuna əsasən, Egey və Aralıq dənizinin qərb hissəsi, eləcə də Cənub-Şərqi Anadoluda güclü istilər müşahidə olunacaq.

İstanbulda şimal-şərqdən əsən külək havanı qismən sərinləşdirsə də, rütubətin artması səbəbindən hiss olunan temperatur kölgədə belə 34 dərəcəyə çatacaq. Şəhərdə yaxın günlərdə yağıntı gözlənilmir.

Meteoroloqlar xüsusilə yaşlılara, uşaqlara və xroniki xəstəliyi olan şəxslərə günün ən isti saatlarında açıq havada uzun müddət qalmamağı və kifayət qədər maye qəbul etməyi tövsiyə edirlər.