Sinoptiklərdən xəbərdarlıq: Güclü yağış, dolu və sel təhlükəsi gözlənilir

İyulun 20-dək Gürcüstan ərazisində qeyri sabit hava şəraiti hökm sürəcək.

24News.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, qeyd olunan dövrdə ölkə ərazisində ara-bir yağış yağacağı, küləy əsəcəyi və şimşək çaxacağı, bəzi yerlərə dolu düşəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin açıqlamasına əsasən, gözlənilən yağıntılar nəticəsində Gürcüstan çaylarında suyun səviyyəsinin artması, kiçik çaylarda daşqınların baş verməsi, eləcə də ölkənin dağlıq və dağətəyi zonalarında torpaq sürüşmələrinin və sel hadisələrinin baş verməsi təhlükəsi mövcuddur.

İyulun 20-dək havanın temperaturu gündüz +30, +33°, gecə isə +19, +22° təşkil edəcək.

Sinoptiklər qeyd olunan tarixlərdə təhlükə səviyyəsini orta olaraq qiymətləndirir.