“Barselona” “Roma”nın futbolçusu ilə maraqlanır

İspaniyanın “Barselona” klubu yay transfer pəncərəsində müdafiə xəttini gücləndirmək məqsədilə axtarışlara başlayıb.

Teleqraf “Diario Sport”a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin bu mövqe üçün əsas hədəfi İtaliyanın “Roma” komandasının futbolçusu Evan Ndikadır.

26 yaşlı müdafiəçinin fiziki gücü və boyu baş məşqçi Hans-Diter Flikin oyun sisteminə uyğun gəlsə də, tərəflər arasında hələlik rəsmi danışıqlar başlamayıb. “Barselona” rəhbərliyi hələ ki, oyunçu ilə bağlı ilkin sorğularla kifayətlənib.

Transferin reallaşması klubun maliyyə feyr-pley qaydalarına əməl etməsindən və büdcə imkanlarından asılı olacaq.

Qeyd edək ki, Evan Ndika cari mövsümdə meydana çıxdığı 31 oyunda 3 qol vurub. Onun “Roma” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.