2026-cı il dünya çempionatında ilk finalçı müəyyənləşib.
Teleqraf xəbər verir ki, yarımfinal mərhələsində İspaniya millisi Fransa ilə qarşılaşıb.
Görüş ispanların 2:0 hesablı qələbəsi ilə başa çatıb. İspaniya millisinin qollarını 22-ci dəqiqədə penaltidən Mikel Oyarzabal və 58-ci dəqiqədə Pedro Porro vurub.
Bu nəticədən sonra İspaniya dünya çempionatının finalına yüksəlib. Fransa isə turnirdə mübarizəni dayandırıb.
***
00:20
2026-cı il dünya çempionatında Fransa millisi İspaniya ilə qarşılaşır.
Teleqraf xəbər verir ki, ispanlar fərqi 2-yə çatdırıb.
58-ci dəqiqədə Pedro Porro fərqlənib.
***
00:07
2026-cı il dünya çempionatının yarımfinalında keçirilən Fransa - İspaniya matçında ikinci hissə başladı.
***
23:51
2026-cı il dünya çempionatının yarımfinalında keçirilən Fransa - İspaniya matçında birinci hissə başa çatıb.
Teleqraf xəbər verir ki, fasiləyə İspaniya millisinin 1:0 hesablı üstünlüyü ilə yollanıb.
Görüşdə yeganə qolu 22-ci dəqiqədə penaltidən Mikel Oyarzabal vurub.
Qeyd edək ki, qarşılaşma ABŞ-ın Arlinqton şəhərində keçirilir.
***
23:22
2026-cı il dünya çempionatında Fransa millisi İspaniya ilə qarşılaşır.
Teleqraf xəbər verir ki, görüşdə hesabı Mikel Oyarzabal açıb.
O, 22-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.
***
23:00
2026-cı il dünya çempionatında yarımfinal mərhələsinin ilk oyununa start verilib.
Teleqraf xəbər verir ki, Fransa millisi İspaniya ilə qarşılaşır.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Qeyd edək ki, bu cütün qalibi finalda İngiltərə-Argentina cütünün qalibi ilə üz-üzə gələcək.