Millətlər Liqası: Fransa Türkiyəni məğlub edib

UEFA Millətlər Liqasında I turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, bu gün – sentyabrın 25-də turnirdə 8 qarşılaşma keçirilib. Görüşlər A, B və C liqalarını əhatə edib.

A Liqasının A1 qrupunda iki matç baş tutub. Türkiyə doğma meydanda Fransa ilə üz-üzə gəlib. Qrupun digər görüşündə İtaliya Belçikanı qəbul edib.

B Liqasında Gürcüstan – Şimali İrlandiya, Macarıstan – Ukrayna, Polşa – Bosniya və Herseqovina, İsveç – Rumıniya matçları keçirilib. C Liqasında isə Ermənistan Latviya ilə, Monteneqro Kiprlə qarşılaşıb.

25 sentyabr – Bakı vaxtı ilə

20:00 – Gürcüstan – Şimali İrlandiya 0:1

20:00 – Ermənistan – Latviya 2:0

22:45 – İtaliya – Belçika 0:2

22:45 – Türkiyə – Fransa 0:1

22:45 – Macarıstan – Ukrayna 0:1

22:45 – Polşa – Bosniya və Herseqovina 0:0

22:45 – İsveç – Rumıniya 2:1

22:45 – Monteneqro – Kipr 2:1