Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sabiq sədri Məmməd Əlizadə vəfat edib.
Sherg.az-ın məlumatına görə M.Əlizadə bu gün dünyasını dəyişib. Xəbəri partiyanın hazırkı sədri Əlisahib Hüseynov verib:
"Az öncə Məmməd Əlizadənin vəfat etdiyini eşitdim. Məmməd müəllim hazırda rəhbərlik etdiyim DADP-nin qurucusu və ilk sədri olub. Azərbaycanın müstəqillik hərəkatının fəal üzvlərindən biri olan M.Əlizadə dəyərli ziyalılarımızdan idi. Mən bütün DADP üzvləri adından mərhum sədrimizin ailə üzvlərinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, Məmməd müəllimin ruhuna Allahdan rəhmət diləyirəm.
Allah rəhmət eləsin!
Qeyd edək ki, M.Əlizadə uzun müddət iqtidaryönlü DADP-nın rəhbəri olub, bir neçə dəfə parlament seçkilərində iştirak edib. Bir neçə il öncə partiyanın sədrliyindən gedib.