İtikin düşən ana və övladları tapıldı


Qazaxda itikin düşən ana və övladları tapılıb.
Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan APA -nın yerli bürosuna verilən məlumata görə, Qazax rayon sakini, 28 yaşlı Nərgiz Qasımovanı övladları - 8 yaşlı Günel Qasımova və 6 yaşlı Elgün Qasımovla Bakı şəhərində polis əməkdaşları tapıb. Bu barədə onun yaxınlarına məlumat verilib.
Qadın izahatında bildirib ki, öz istəyi ilə Bakı şəhərinə gedib. Polisdən bildirilib ki, ana və övladlarının həyatı üçün heç bir təhlükə yoxdur.
Qeyd edək ki, N.Qasımova və övladalrı avqustun 4-də Qazax rayon Ağköynək kəndindəki evindən evindən çıxaraq bir daha geri qayıtmayıb.