Türkiyə və Rusiya prezidentləri Dağlıq Qarabağ məsələsini müzakirə ediblər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Dağlıq Qarabağ məsələsinin uzunmüddətli həllinə tərəfdar olduğunu ifadə edib.

Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə istər Minsk qrupu daxilində, istərsə də ikitərəfli əlaqələr çərçivəsində Ermənistan-Azərbaycan məsələsinin dayanaqlı həll olunmasına tərəfdardır.