Salyanda yolu keçən piyadanı avtomobil vurdu

Salyan rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qarabağlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Vəliyev Azad Əlisahib oğlu Salyan-Şirvan yolunu keçmək istəyən zaman onu minik avtomobili vurub.

Qəza nəticəsində xəsarət alan piyada Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.