Almaniyada koronavirusa qarşı vaksinasiyadan imtina edənlər üçün karantin tədbirlərinin sərtləşdirilməsi müzakirə olunur.
Bu barədə ölkənin Federal Tibbi Palatasının sədri Klaus Raynhard məlumat verib.
O, peyvənd olunmayanlar üçün lokdaun elan oluna biləcəyini deyib.
Palata sədri hazırda Almaniyada epidemik vəziyyətin pisləşməsi fonunda bu qərarın mümkün variantlardan biri olduğunu bildirib.
Qeyd edək ki, pandemiya dövründə Almaniyada artıq iki dəfə lokdaun tətbiq olunub. Onlardan birincisi 3 ay, ikincisi isə 6 ay davam edib.
Mənbə: TASS